UEFA Avropa nəhənglərini avrokuboklardan kənarlaşdıracaq?

UEFA Avropa nəhənglərini avrokuboklardan kənarlaşdıracaq?

Hazırda oxunan: UEFA Avropa nəhənglərini avrokuboklardan kənarlaşdıracaq?

90022

UEFA "Barselona" və daha 19 klubu 2020/2021 mövsümündə maliyyə feyr-pley qaydalarının mümkün pozuntularına görə araşdırır və tezliklə bu klublara qarşı sanksiyalar elan edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Bildirilib ki, “Barselona”, eləcə də  “Yuventus”, “Roma” və “Milan”a qarşı aşağıdakı sanksiyalar tətbiq oluna bilər:

1) UEFA yarışlarında iştiraka qadağa

2) Transfer və ya digər əməliyyatlara qadağa

UEFA tərəfindən cəzalandırıla biləcək digər klubların siyahısında " "Arsenal"la, PSJ və Marsel də var. Lakin Fransa klublarına münasibətdə cəzalar yalnız iqtisadi xarakter daşıyacaq. Digər komandalar da var ki, onlara nəzarət olunacaq, lakin cəzalandırılmayacaq.

Bu mövsüm UEFA-da mövcud maliyyə fair-play qaydaları ilə araşdırma sonuncu olacaq.

2023/2024-cü il mövsümündən etibarən klubların nümayəndələrin maaşları, transferləri və transfer komissiyaları üzrə xərclərin faizinə malik olacağı sistem tətbiq olunacaq.

2023-cü ildə bu faiz 90 faiz olacaq, 2024-cü ildə 80 faizə, 2025-ci ildə 70 faizə çatana qədər tədricən azalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO