"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, "köhlən atlar" Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olacaq. Plzendəki "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.
Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə yoluna Avropa Liqasının qrupunda davam edəcək.
Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Kapitan Maksim Medvedev və kolumbiyalı müdafiəçi Kevin Medina zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərindən isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.
Bizim.Media