Kanadada yaşayan 11 yaşlı soydaşımız Hüseyn Əsgərzadə muay-tay üzrə gənclər arasında keçirilən dünya çempionatının qalibi olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildiriblər ki, Kalqari şəhərində baş tutan yarışda yeniyetmə idmançı rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Hüseyn Əsgərzadə ailəsi ilə birlikdə 2021-ci ildə Kanadaya köçüb.
Bakıda 2 il idmanın kikboksinq növü ilə məşğul olub və respublika yarışlarının qalibi olub.
Kanadaya köçəndən sonra atası onu muay-tay idman növünə yönəldib.
Son bir il ərzində Hüseyn əla nəticələrə nail olub.
O, gənclər arasında bu idman növü üzrə ikiqat Kanada çempionudur.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:10 / 17.08.2022
11 yaşlı soydaşımız dünya çempionu oldu
Hazırda oxunan: 11 yaşlı soydaşımız dünya çempionu oldu
Hazırda oxunan: 11 yaşlı soydaşımız dünya çempionu oldu
89091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.