"Kəpəz" rəsmisindən baş məşqçinin istefası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: "Kəpəz" rəsmisindən baş məşqçinin istefası ilə bağlı AÇIQLAMA

88993

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncənin Kəpəz futbol klubunun baş məşqçisi Yaşar Vahabzadənin istefaya göndərilməsi ilə bağlı yazılanlar reallığı əks etdirmir.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna klubun idman direktoru Mehman Allahverdiyev verib.

Onun sözlərinə görə komanda hazırda məşqdədir və Yaşar Vahabzadə komandanın başındadır:

“Bu kimi xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Klubun rəhbərliyi bu məsələ ilə bağlı hər hansı toplantı keçirməyib. Hazırda komanda məşq edir. Biz də stadiondayıq. Yaşar Vahabzadə öz vəzifəsinin icrasındadır”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO