İlon Maskdan “Mançester Yunayted” ZARAFATI - \

İlon Maskdan “Mançester Yunayted” ZARAFATI - \"Klubu alıram\" - FOTO

Hazırda oxunan: İlon Maskdan “Mançester Yunayted” ZARAFATI - \"Klubu alıram\" - FOTO

88964

“Tesla”nın rəhbəri, milyarder İlon Mask İngiltərənin "Mançester Yunayted" futbol klubunu satın alacağını deyib.

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, bu barədə İ.Mask "Twitter" səhifəsində paylaşım edib.

“Mən "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

Daha sonra o, növbəti tvitini ataraq zarafat etdiyini bildirib: "Xeyr, bu "Twitter"də uzun müddətdir davam edən zarafatdır. Mən heç bir idman komandasını almıram".

Qeyd edək ki, “Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu futbol klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO