"Neftçi"nin futbolçusu əməliyyat olundu

Hazırda oxunan: "Neftçi"nin futbolçusu əməliyyat olundu

88938

"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi əməliyyat uğurla həyata keçirilib.

28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnmişdi. Onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO