AFFA prezidenti milli komandanı təbrik etdi

AFFA prezidenti milli komandanı təbrik etdi

Hazırda oxunan: AFFA prezidenti milli komandanı təbrik etdi

88920

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərini təbrik edib.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki. R.Abdullayev telefonla zəng edərək, öz təbriklərini kollektivə çatdırıb.

Qeyd edək ki, yığma 3-cü yer uğrunda oyunda Əlcəzairlə görüşüb. Matçın əsas vaxtı qolsuz başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq (4:3) oynayan Azərbaycan millisi bürünc medala sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO