İki boksçumuz Avropa çempionatında mərhələ adlayıb

İki boksçumuz Avropa çempionatında mərhələ adlayıb

Hazırda oxunan: İki boksçumuz Avropa çempionatında mərhələ adlayıb

88795

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 2 idmançısı mərhələ adlayıb.

Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Çyoaba (Rumıniya) ilə qarşılaşıb.

Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Sotne Muntçava ilə üz-üzə gələcək.

Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Qeorqiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib.

Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. Aslanlı yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.

1/4 final mərhələsinin döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO