Azərbaycanın para-stolüstü tennis komandası Konyada bürünc medal aldı

Azərbaycanın para-stolüstü tennis komandası Konyada bürünc medal aldı

Hazırda oxunan: Azərbaycanın para-stolüstü tennis komandası Konyada bürünc medal aldı

88702

Azərbaycan komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aktivinə daha bir medal yazdırıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala yiyələnib.

Qeyd edək ki, digər üçüncü yerə Tacikistan yığması sahib olub. Meydan sahibi Türkiyə qızıl, İran gümüş medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. 56 ölkədən 4 mindən çox atletin idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə apardığı İslamiada avqustun 18-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO