Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Güləşçilərimizin 23 medal qazanması yüksək nəticədir"

Hazırda oxunan: Mikayıl Cabbarov: "Güləşçilərimizin 23 medal qazanması yüksək nəticədir"

88463

“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir həmçinin əzmkar qələbə ilə bağlı komandamızı və ölkəmizi layiqincə təmsil edən güləşçi və məşqçi heyətinə təbrik ünvanlayıb.

Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO