"Qalatasaray" "Çelsi"nin futbolçusu Temue Bakayoko ilə yaxından maraqlanır.
Bizim.Media xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi "Milan"ın planlarında deyil.
Bu səbəbdən fransalı futbolçu "Çelsi"yə qayıdacaq. London təmsilçisi isə ildə 2,8 milyon avro qazanan Bakayokonu satmağı planlaşdırır.
Temueni Türkiyənin "Qalatasaray" və İngiltərənin "Nottinqem Forest" klubları heyətinə qatmaq istəyir. Premyer Liqa klubu Bakayoko üçün 2+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, Temue Bakayoko 2017-ci ildən "Çelsi"nin formasını geyinir. O, "Milan", "Napoli" və "Monako" klublarında icarə əsasında çıxış edib. (Offsideplus.az)
Bizim.Media
- A-
- A
- A+
İdman
01:25 / 14.08.2022
"Qalatasaray" "Çelsi"nin futbolçusunu TRANSFER EDİR
Hazırda oxunan: "Qalatasaray" "Çelsi"nin futbolçusunu TRANSFER EDİR
Hazırda oxunan: "Qalatasaray" "Çelsi"nin futbolçusunu TRANSFER EDİR
88455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.