Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib - İslamiada 

Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib - İslamiada 

Hazırda oxunan: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib - İslamiada 

88184

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yeddinci gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir. 

Bizim.Media xəbər verir ki, avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 34 qızıl, 30 gümüş və 25 bürünc medal qazanıblar. İlk üçlükdə İran (15-14-10) və Özbəkistan (11-10-18) qərarlaşıb. 

Azərbaycan 7 qızıl, 10 gümüş və 18 bürünc medalla dördüncü pilləyə yüksəlib. 

Bəhreyn (7-4-2) beşinci, Qazaxıstan (6-4-15) altıncı, Mərakeş (5-4-8) yeddinci, Küveyt (3-2-2) səkkizinci, Uqanda (2-4-3) doqquzuncu və Qətər (2-1-3) isə onuncu pillədə yer alıblar. 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO