İki cüdoçumuz bu gün Dünya Çempionatında mübarizəyə başlayır

İki cüdoçumuz bu gün Dünya Çempionatında mübarizəyə başlayır

Hazırda oxunan: İki cüdoçumuz bu gün Dünya Çempionatında mübarizəyə başlayır

88104

Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında Dünya Çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə iki cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Belə ki, oğlanlar arasında Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO