İki qadın güləşçimiz İslamiadada yarımfinala yüksəldi

İki qadın güləşçimiz İslamiadada yarımfinala yüksəldi

Hazırda oxunan: İki qadın güləşçimiz İslamiadada yarımfinala yüksəldi

88068

Azərbaycanın qadın güləşçiləri Tatyana Omelçenko (62 kq) və Leyla Qurbanova (53 kq) V İslamiadada ilk görüşlərini qələbə ilə başa vurublar.

Bizim.Media xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda T.Omelçenko özbəkistanlı Nabira Esenbayevaya 12:2 hesabı, L.Qurbanova isə İndoneziya təmsilçisi Çandra Marimaraya isə “tuşe” ilə qalib gəliblər. Hər iki idmançımız yarımfinala yüksəlib. 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır.

Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO