Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçisi Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Hacı Əliyev İran güləşçisi Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakimlərin ədalətsiz qərarı ilə üzləşib.
Onun rəqibə qarşı fəndləri hakimlər tərəfindən qeydə alınmayıb.
Bundan sonra idmançılar arasında gərginlik yaranıb. Hakimlərin ədalətsizliyinə və iranlı güləşçinin təxribatçı hərəkətlərinə baxmayaraq, Hacı Əliyev görüşü sona qədər davam etdirib və əzmkar qələbə qazanıb.
Qeyd edək ki, finala qədər yüksələn H.Əliyev qızıl medal qazanıb.
Bizim.Media