Sərbəst güləşçimiz Konyada bürünc medal görüşünə vəsiqə qazandı

Hazırda oxunan: Sərbəst güləşçimiz Konyada bürünc medal görüşünə vəsiqə qazandı

87926

Azərbaycanın sərbəst güləşçiləri V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.

Bizim.Media xəbər verir ki, təmsilçimiz Əliabbas Rzazadə (57 kq) Türkiyənin Konya şəhərində keçirilən yarışda təsəlliverici görüşdə seneqallı Omar Fayeyə "tuşe" ilə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) oyunların finalına vəsiqə əldə ediblər.
Xatırladaq ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı təmin ediblər.

İslamiadada Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma), qadın güləşçimiz Alyona Kolesnik (59 kq) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medala sahib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO