İslamiada: Hacı Əliyev finala yüksəldi – YENİLƏNİB - VİDEO

İslamiada: Hacı Əliyev finala yüksəldi – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İslamiada: Hacı Əliyev finala yüksəldi – YENİLƏNİB - VİDEO

87887

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar.

*** 14:23

Üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz İran idmançısı Morteza Hasanali ilə qarşılaşıb.

Görüşdə hesabda geridə olmasana baxmayaraq, əzmkarlıq nümayiş etdirən H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO