"Qarabağ" azarkeşlərə müraciət etdi

Hazırda oxunan: "Qarabağ" azarkeşlərə müraciət etdi

87716

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la səfərdə keçirəcəkləri cavab matçından öncə Macarıstandakı azarkeşlərinə müraciət edib.

Bizim.Media klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisini dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.

Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Qeyd edək ki, bu gün "Qroupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO