Murad Musayev \

Murad Musayev \"Qarabağ\" haqda: “Kadi görüşün taleyini həll edə biləcək oyunçudur”

Hazırda oxunan: Murad Musayev \"Qarabağ\" haqda: “Kadi görüşün taleyini həll edə biləcək oyunçudur”

87419

"Qarabağ" haqqında çox yaxşı şey deyə bilərəm. Onlar Azərbaycanın fəxridir. Yaxşı oyunlar keçirdilər".

Bizim.Media xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Qarabağ"ın Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda "köhlən atlar"ın heyətində itkilər var idi:

"Cavab oyunda üstünlükləri olacaq. Kadi Borges görüşün taleyini həll edə biləcək oyunçudur. "Qarabağ"ın mərhələ adlayacağına ümid edirəm".

39 yaşlı baş məşqçi Budapeştdəki görüşün çətin olacağını istisna etməyib:

"İki mərkəz müdafiəçisinin olmaması böyük itkidir. Kevin Medina və Maksim Medvedev səfər matçında oynamayacaq. Bakıdakı oyunda komandaya yaxşı dəstək var idi. Fanatlar arenanı doldurmuşdu. İstərdik ki, daxili turnirə də tərəfdarlar belə maraqla yanaşsın".

O, "Qarabağ"a məsləhət vermək istəməyib:

"İllərdir sabit oynayırlar. Öz üslubları var. Məncə, öz oyunları ilə istədikləri nəticəyə nail ola bilərlər".

Qeyd edək ki, avqustun 9-da "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO