"Neftçi" mövsümə çətin qələbə ilə başladı

Hazırda oxunan: "Neftçi" mövsümə çətin qələbə ilə başladı

87403

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı "Neftçi" arasında olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra "ağ-qaralar" 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.

Günün son görüşündə "Sabah" klubu "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" isə evdə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO