“Qarabağ”ın oyununa biletləri yenə alverçilər satır - FOTOFAKT

“Qarabağ”ın oyununa biletləri yenə alverçilər satır - FOTOFAKT

Hazırda oxunan: “Qarabağ”ın oyununa biletləri yenə alverçilər satır - FOTOFAKT

86805

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. 

Bizim.Media xəbər verir ki, komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. 

Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Matça olan azarkeş marağını və diqqəti nəzərə alaraq çəkiliş qrupumuzla Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına yollandıq.
 

MÖVZU İLƏ BAĞLI:

Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstan klubu ilə oynayacaq


Saat 15 radələri olmasına baxmayaraq artıq stadionun qarşısında iynə atsan yerə düşməzdi. Stadionun əməkdaşları və polis də iş başında idi. Həyəcanlı anların yaxınlaşdığı hər addımda hiss olunurdu.

Onu da öyrəndik ki, oyunun bütün biletləri satılıb. Buna görə də xeyli azarkeş bilet almaq üçün kassalarının qarşısına toplaşmışdı. Özünü qazi kimi təqdim edən bir neçə əsalı şəxs də vəziyyətdən gileylənirdi:

“Bizə də bilet tapılmırsa, onda neyniyək?! Qarabağ üçün qan tökmüşük, indi "Qarabağ”ın oyuna baxa bilməyəcəyik?!” 

Təsirli anlar idi, amma stadionun qarşısında gördüyümüz daha bir mənzərə bizi xeyli məyus etdi. Kassanın bir neçə addımlığında ayrı-ayrı vətəndaşlar bilet satırdı.
Yaxınlaşıb maraqlandıq. Kassada 5 manata satılan bileti bizə 15, 10 manata olan bileti isə 30 manata təklif etdilər. 

Çox təəssüf ki, bu proses həm stadion əməkdaşlarının, həm də polis işçilərinin gözü qarşısında baş verirdi. 

Surxay Atakişiyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO