Macarıstan çempionu Bakıya yola düşdü – Sabah \

Macarıstan çempionu Bakıya yola düşdü – Sabah \"Qarabağ\"la görüşəcək

Hazırda oxunan: Macarıstan çempionu Bakıya yola düşdü – Sabah \"Qarabağ\"la görüşəcək

86601

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" komandası Bakıya yola düşüb.

Bizim.Media xəbər verir ki, Budapeşt komandası bugünkü səhər yeməyindən sonra Bakıya səfərə çıxıb.

Komanda saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycandakı ilk məşqinə çıxacaq.

Report.az-ın məlumatına görə, saat 19:15-də isə "Ferentsvaroş"un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" – "Ferentsvaroş" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO