Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda 3-cü yer uğrunda görüşə çıxıb.
Bizim.Media xəbər verir ki, rəqib Lüksemburq yığması olub.
Görüşün ilk və üçüncü hissəsində 20:16 və 19:16 hesablı üstünlük qazanan Azərbaycan yığması ikinci hissədə heç-heçə edib - 18:18. Dördüncü hissədə isə Lüksemburq təşəbbüsə yiyələnərək, 17:7 hesablı üstünlüklə ümumi nəticəni bərabərləşdirib - 64:64.
Görüşün taleyi əlavə hissədə həll olunub. Bu bölümdə 14:9 hesabı ilə üstün olan Azərbaycan millisi yekunda 78:73 hesablı qələbə ilə bürünc medala yiyələnib.
Qeyd edək ki, Tahir Baxşıyev və Anar Sarıyevin baş məşqçi olduğu kollektiv qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub. Finalda Monako və Albaniya yığmaları qarşılaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:11 / 31.07.2022
Azərbaycan basketbolçuları Avropa çempionatında bürünc medal qazandı
Hazırda oxunan: Azərbaycan basketbolçuları Avropa çempionatında bürünc medal qazandı
Hazırda oxunan: Azərbaycan basketbolçuları Avropa çempionatında bürünc medal qazandı
86379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.