"Qarabağ"ın legioneri: "Həyat sürprizlərlə doludur"

Hazırda oxunan: "Qarabağ"ın legioneri: "Həyat sürprizlərlə doludur"

86369

"Həyat gözəl olsa da, sürprizlərlə doludur".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina özünün İnstagram səhifəsində zədəsi ilə bağlı yazıb.

Kolumbiyalı müdafiəçi dəstəyə görə ailəsinə təşəkkürünü bildirib. 29 yaşlı arxa xətt oyunçusu tezliklə yaşıl meydanlara qayıdacağını vurğulayıb.

Qeyd edək ki, Kevin Medina "Qarabağ"ın İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib. 

Bakıda Sürix şəhərinin eyniadlı təmsilçisini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2.

"Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO