Qadın şahmatçılarımızdan növbəti QƏLƏBƏ

Qadın şahmatçılarımızdan növbəti QƏLƏBƏ

Hazırda oxunan: Qadın şahmatçılarımızdan növbəti QƏLƏBƏ

86299

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, millimiz II turda Finlandiya seçməsini məğlub edib.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib.

Hazırda Ülviyyə Fətəliyevanın görüşü davam edir. 26 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələyib.

Finlandiya – Azərbaycan - 0:3

Anastasiya Nazarova – Günay Məmmədzadə - 0:1

Yoanna Paasikanqas – Xanım Balacayeva - 0:1

Tanya Tuominen – Gülnar Məmmədova - 0:1

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO