\

\"Qarabağ\" - \"Ferentsvaroş\" matçının biletləri SATIŞDADIR

Hazırda oxunan: \"Qarabağ\" - \"Ferentsvaroş\" matçının biletləri SATIŞDADIR

86277

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş”la ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmisaytı məlumat yayıb.

Bildirilir ki, sözügedən matçın biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO