"Qəbələ"dən yeni TRANSFER

Hazırda oxunan: "Qəbələ"dən yeni TRANSFER

86271

Azərbaycan Premyer Liqasının 2022-2023-cü illər mövsümünə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Bizim.Media xəbər verir ki, "Qəbələ" yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib.

Braziliyalı hücumçu Ramon Maçado 2022-2023-cü illər mövsümündə "Qəbələ"nin formasını geyinəcək. 31 yaşlı cənubi amerikalı ilə 1 illik müqavilə imzalanıb.

Ramon karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo” (2020) klublarında forma geyinib.

O, 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO