"Qarabağ" pis komanda ola bilməz" - "Ferenstvaroş"un futbolçusu

Hazırda oxunan: "Qarabağ" pis komanda ola bilməz" - "Ferenstvaroş"un futbolçusu

86240

Macarıstan "Ferenstvaroş"unun futbolçusu Frank Boli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri "Qarabağ" haqda danışıb. 

Bizim.Media xəbər verir ki, o, "Nemzetisport"a müsahibəsində deyib: 

"Çempionlar Liqasında asan matçlar yoxdur, “Qarabağ” haqqında hələlik o qədər də məlumatım yoxdur.

Amma bilirəm ki, onlar da bizim kimi Çempionlar Liqasının qrup mərhələsində çıxış ediblər. Ona görə də pis komanda ola bilməz.  Bu oyuna düzgün hazırlaşırıq, çərşənbə günü səfərdə oyunumuz var. O vaxta qədər peşəkar heyətdən bütün lazımi məlumatları alacağıq. Amma indi biz  bazar günü "Puşkaş Akademiyası"na qarşı keçiriləcək ölkə çempionatının 1-ci turunun açılış oyununa diqqət yetiririk. Bu, vacib matçdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO