Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatdı - FOTO

Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatdı - FOTO

Hazırda oxunan: Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatdı - FOTO

86201

Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb. 

Bizim.Media xəbər verir ki, Su İdmanı Sarayının meydançasında 2 gün davam edən yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb. 

Çempionatın ikinci günü daha gərgin oyunlarla yadda qalıb. Maraqlı keçən görüşlərdən sonra qadınların yarışında finalda “Xəzri” (Yuliya Jernova/Alina Aslan) “Abşeron”u (Nərminə Musayeva/Fidan Əhmədxanova) 2:0 hesabı ilə məğlub edərək qalib adına yiyələnib. 

Kişilərin yarışında isə həlledici görüş “Xızı” (Vadim Kutukov/Asif Əliyev) və “Neftçi” (Ülvi Rəcəbov/Heydər Məmmədli) arasında olub. Matç 2:0 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb. 

Çempionatda qadınların yarışında “Azərreyl” (Sənubər Ələsgərova/Asiad Abuyeva), kişilərin mübarizəsində isə “Rabitə Bakı” (Heydər Həsənov/Əli Fərəcov) üçüncü yeri tutub. 
Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi olub. Mərasimdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov, “Smart sport” şirkətinin direktoru Orxan Şahverdiyev, Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov və AVF-nin baş koordinatoru Zöhrab Gözəlbəyli iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO