\

\"Qarabağ\"ın oyunu təxirə salınacaqmı? - Açıqlama 

Hazırda oxunan: \"Qarabağ\"ın oyunu təxirə salınacaqmı? - Açıqlama 

86083

“Qarabağ” 2022/23 mövsümü Azərbaycan Premyer Liqasının ilk turunun oyunu ilə əlaqədar Peşəkar Futbol Liqasına müraciət etməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. 

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”la səfərdə keçirəcəyi oyunla əlaqədar Ağdam klubunun yerli liqada “Səbail”lə ilk görüşünün təxirə salınması məsələsi gündəmə gəlib.

Məsələ burasındadır ki, avqustun 3-də “Qarabağ” “Ferentsvaroş”la evdə, avqustun 9-da isə səfərdə qarşılaşacaq. Avqustun 6-da isə Qurban Qurbanovun komandası öz meydanında “Səbail”lə qarşılaşmalıdır.  
Komandanın 1 həftə ərzində ağır qrafikinə baxmayaraq, baş məşqçi Qurban Qurbanov PFL-ə müraciət etməmək qərarı verib və yerli liqanın ilk matçını təxirə salınmamasını istəyib. Beləliklə, “Qarabağ”la “Səbail” avqustun 6-da yeni mövsümün ilk turunda üz-üzə gələcək. Görüşün başlama saatı hələlik təsdiqlənməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO