“Qarabağ”ın prezidenti azərbaycanlı olan rəqibi - FOTOLAR

“Qarabağ”ın prezidenti azərbaycanlı olan rəqibi - FOTOLAR

Hazırda oxunan: “Qarabağ”ın prezidenti azərbaycanlı olan rəqibi - FOTOLAR

85877

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ”ı qarşıda daha bir ağır sınaq gözləyir.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə son illərdə uğurları ilə göz oxşayan Macarıstanın “Ferençvaroş” klubu ilə üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeşti təmsil edən bu klub 1899-cu ildə yaradılıb. Avrokuboklarda kifayət qədər uğurlu yol cızan klub 1964-65-ci illər mövsümündə Yarmarkalar Kubokunun (hazırda Avroliqa adlanır) finalında “Yuventus”u məğlub edib kuboka sahib çıxır.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı bəlli oldu


Bundan sonra da “Ferençvaroş” qitə arenalarında azarkeşlərini sevindirən çıxışına davam edib.

Qafqazinfo.az-ın məlumatına görə, “Yaşıl qartallar” ölkə daxilində də xeyli kuboklar qazanıb. Onlar 33 dəfə ölkə çempionu olub, 24 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Komanda oyunlarını paytaxt Budapeştdə yerləşən 22 min azarkeş tutumuna malik “Ferençvaroş Arena”da keçirir. Bizim üçün maraqlı olan məqam isə klubun hazırki prezidentinin azərbaycanlı Qabor Qubadovun olmasıdır.

Onun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Qabor Qubadov 1966-cı ildə paytaxt Budapeştdə anadan olub. 2006-cı ildə Macarıstan Milli Məclisinin deputatı seçilib.
Müxtəlif sahələrdə sahibkar kimi çalışan Qubadov millət vəkili seçildikdən sonra klubu almağa qərar verib. O, klubla bir çox titullar qazanıb və komandanın hazırda çıxış etdiyi arenanı da inşa etdirib.

Sergey Rebrovun gedişindən sonra isə komandaya rusiyalı təcrübəli mütəxəssis Stanislav Çerçesov baş məşqçi gətirilib.  Uzun illər Rusiya millisində işləmiş Çerçesovun rəhbərliyi altında da komanda uğurlu çıxış edir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO