Neymar 5 il müddətinə həbs oluna bilər

Neymar 5 il müddətinə həbs oluna bilər

Hazırda oxunan: Neymar 5 il müddətinə həbs oluna bilər

85857

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar Qətərdə keçiriləcək dünya çempionatına bir ay qalmış “Barselona” ilə müqaviləsində korrupsiyaya görə mühakimə olunacaq.

Bizim.Media "El Pais"ə istinadən xəbər verir ki, proses oktyabrın 17-də Barselona Məhkəməsində baş tutacaq.

Neymarın valideynlərinə, o cümlədən "Barselona"nın sabiq prezidentləri Sandro Rosel və və Xosep Maria Bartomeuya qarşı da məhkəmə iddiası qaldırılıb. 

İddianı qaldıran Braziliyanın DIS şirkətidir. "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş bu şirkət hesab edir ki, "Barselona" bu keçid zamanı fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir. 

Şirkət və prokurorluq hesab edir ki, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasına məhəl qoymadan, "Barselona" ilə iki saxta müqaviləyə qol çəkib. 
Prokurorluq Neymar üçün iki il həbs və 10 milyonluq cərimə ödəməsini istəsə də, şirkət tələbi beş ilə qaldırıb və onun eyni müddətə futbol oynamaqdan məhrum edilməsini tələb edib. O, həmçinin Neymarın valideynləri üçün də beş il həbs istəyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO