Region Liqası komandalarının Birinci Divizionda çıxışı təmin olunmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AFFA-nın rəsmi saytı yayıb.
Mənbə yazır ki, quruma müraciət edən 6 klub meyarlara cavab verməyib.
“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” iyulun 25-dək AFFA-ya müraciətlər ünvanlansa da, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.
Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət edən klubların 2022/23 mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:32 / 28.07.2022
AFFA 6 futbol klubuna “yox” dedi – SİYAHI
Hazırda oxunan: AFFA 6 futbol klubuna “yox” dedi – SİYAHI
Hazırda oxunan: AFFA 6 futbol klubuna “yox” dedi – SİYAHI
85839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.