Paris Olimpiya Oyunlarının PROQRAMI

Paris Olimpiya Oyunlarının PROQRAMI

Hazırda oxunan: Paris Olimpiya Oyunlarının PROQRAMI

85422

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsi yarışların proqramını açıqlayıb.

Bizim.Media xəbər verir ki, yarışların tarixi və açılış vaxtı bazar ertəsi günü təşkilat komitəsinin mətbuat xidməti tərəfindən dərc olunub.

İlk qızıl medallar iyulun 27-də oynanılacaq. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeybordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıqda mübarizə aparacaqlar. Olimpiadanın sonuncu günü – avqustun 11-də güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları olacaq.
Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bu arada idman tədbirinin devizi də məlum olub – “Gəlin Oyunları geniş açaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO