“Qarabağ” klubundan İsveçrədəki azarkeşlərə MÜRACİƏT

“Qarabağ” klubundan İsveçrədəki azarkeşlərə MÜRACİƏT

Hazırda oxunan: “Qarabağ” klubundan İsveçrədəki azarkeşlərə MÜRACİƏT

85227

“Qarabağ” klubu iyulun 27-də İsveçrədə "Sürix"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnufat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə komandanı stadionda dəstəkləmək istəyən fanatlar üçün biletlərin oyun günü satılacağı bildirilib.

“Letsiqrund” stadionunda təşkil olunacaq qarşılaşma üçün biletlərə 25 İsveçrə frankı qiymət qoyulub.

Bilet satışı ilə bağlı detallı məlumat daha sonra veriləcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda "Qarabağ" qalib gəlib - 3:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO