"Klubun nə istədiyini bilmirəm" - Neymarın QƏRARI...

Hazırda oxunan: "Klubun nə istədiyini bilmirəm" - Neymarın QƏRARI...

85127

Braziliya millisinin futbolçusu Neymar hazırda çıxış etdiyi Fransa PSJ-si ilə bağlı qərarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, 30 yaşlı hücumçu AFP-yə müsahibəsində Paris təmsilçisində qalmaq istədiyini bildirib.

Təcrübəli forvard komandadakı gələcəyi ilə bağlı ona heç nə deyilmədiyini vurğulayıb: 

"Mənə yeni baş məşqçinin planlarına daxil olmadığım barədə heç nə deyilməyib. Klubun nə istədiyini bilmirəm. Amma mən buradan ayrılmaq fikrində deyiləm".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında keçib. Ulduz futbolçu ötən mövsüm 26 görüşdə 13 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun klubla 2025-ci ilin yayınadək müqaviləsi var. (Unikal)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO