Bakıda MMA üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda MMA üzrə beynəlxalq turnir keçiriləcək

Hazırda oxunan: Bakıda MMA üzrə beynəlxalq turnir keçiriləcək

85061

Azərbaycanın MMA üzrə ilk peşəkar liqası olan “ASED Fighting Championship”in (AFC ASED) rəhbəri Turan Qulamzadə Türkiyədə səfərdə olub.

Bizim.Media xəbər verir ki, bu barədə  AFC ASED-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, T.Qulamzadə səfər çərçivəsində bir sıra görüşlər keçirib.

AFC ASED-in rəhbəri Ankarada Qazaxıstanın ən nüfuzlu peşəkar liqası, dünya reytinqində “Top-30”-da yer alan “Octagon Liqası”nın rəhbəri Nurəddin Sadikov və Türkiyənin MMA üzrə rəhbəri “Pro MMA team”in qurucusu Sərdar Gökkaya ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, planlar barədə fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib.

Görüşün nəticəsi olaraq, oktyabrın 28-də “Octagon Liqası” Ankarada 37-ci seriyasının keçirilməsinə qərar verib. Noyabrın 26-da isə Qazaxıstan liqası və AFC ASED birgə təşkilatçılığı ilə Bakıda “AFC -13 & Octagon 38” turniri təşkil olunacaq. Gələn ilin martında AFC ASED Türkiyə təmsilçisi ilə birlikdə Ankarada “AFC-14” seriyasını keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO