Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və digər tanınmış şəxslər də olub.
Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.
Maraqlı oyun epizodları ilə keçən oyunda şərti adlandırılan “Canavarlar” və “Aslanlar” komandaları üz-üzə gəlib. Müharibə əlillərinin əzmkar mübarizəsi ilə yaddaqalan oyun “Canavarlar”ın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 324 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:53 / 21.07.2022
Protezlə təmin edilmiş qazilər arasında futbol görüşü – FOTO
Hazırda oxunan: Protezlə təmin edilmiş qazilər arasında futbol görüşü – FOTO
Hazırda oxunan: Protezlə təmin edilmiş qazilər arasında futbol görüşü – FOTO
84728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.