“Qarabağ”ın oyunu azarkeş sayına görə ən öndə

“Qarabağ”ın oyunu azarkeş sayına görə ən öndə

Hazırda oxunan: “Qarabağ”ın oyunu azarkeş sayına görə ən öndə

84701

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, 12 matçda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib. 

Bakıda keçirilən  "Qarabağ" - "Sürix" (İsveçrə) görüşü bu göstəricidə 1-ci olub. Qarşılaşmanı 30 782 azarkeş izləyib. 

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu 2-ci (29 min 654)  "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı isə 3-cü (20 min 459) olub. 

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ev oyununda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək. 

Xatırladaq ki, "Qarabağ"ın ÇL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə keçirdiyi hər iki oyun da ən çox tamaşaçı toplayan görüş olmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO