“Azərbaycan xalqını sevindirməyə çalışacağıq” - “Qəbələ” klubunun baş məşqçisi

“Azərbaycan xalqını sevindirməyə çalışacağıq” - “Qəbələ” klubunun baş məşqçisi

Hazırda oxunan: “Azərbaycan xalqını sevindirməyə çalışacağıq” - “Qəbələ” klubunun baş məşqçisi

84666

"Komanda meydanda əlindən gələni edəcək. Həm öz azarkeşlərimizi, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının oyuna tam köklənməsi sevindiricidir".

Bizim.Media xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Fehervar” komandasının qonağı olacaq “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətdə zədəli futbolçu yoxdur.

“Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, iyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO