''Bu siyasətlə bağlı deyil'' - Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

''Bu siyasətlə bağlı deyil'' - Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

Hazırda oxunan: ''Bu siyasətlə bağlı deyil'' - Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

8466

Fransa Güləş Federasiyası (FGF) Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına görə üzr istəyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı FGF rəsmi “Facebook” hesabında paylaşım edib:

''Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyasından və ictimaiyyətindən üzr istəyirik''.

''Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə uğurlu mübarizə arzulayırıq''.

Qeyd edək ki, yanvarın 15-17-də keçiriləcək yarışda 27 ölkədən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO