Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, baş katib İlahə Qədimova və digər rəsmi şəxslər Şuşa şəhərində olub.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, dəfərdə əsas məqsəd sentyabrda Şuşada təşkil olunacaq şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır.
AŞF prezidenti, Beynəxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində işlər yüksək sürətlə davam edir:
“Şuşada ilk beynəlxalq şahmat turniri ilə bağlı işlər plan üzrə davam edir. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Şuşada şahmat yarışının əsl idman bayramı kimi yadda qalacağına ümid edirik.
Azərbaycan hər zaman böyük təşkilatçılıqla diqqəti cəlb edib. Şuşa turnirinin tarixi şəhərin adına layiq keçirilməsi üçün bütün zəruri işlər həyata keçiriləcək”.
Qeyd edək ki, qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq.
21 - 24 sentyabrda keçiriləcək Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:12 / 19.07.2022
Sentyabrda Şuşada şahmat üzrə beynəlxalq yarış keçiriləcək
Hazırda oxunan: Sentyabrda Şuşada şahmat üzrə beynəlxalq yarış keçiriləcək
Hazırda oxunan: Sentyabrda Şuşada şahmat üzrə beynəlxalq yarış keçiriləcək
84463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.