“Qarabağ

“Qarabağ"dan azarkeşlərə MÜRACİƏT 

Hazırda oxunan: “Qarabağ"dan azarkeşlərə MÜRACİƏT 

84440

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, klub fanatlara qarşılaşmaya göstərdikləri marağa görə sonsuz təşəkkürünü bildirib.

Bununla yanaşı, tərəfdarlardan oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etmələri xahiş olunub:

"Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər. Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur.
Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!"

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" görüşü saat 20:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO