Güləşçilərimizdən 4 qızıl, 1 gümüş, 4 bürünc medal 

Güləşçilərimizdən 4 qızıl, 1 gümüş, 4 bürünc medal 

Hazırda oxunan: Güləşçilərimizdən 4 qızıl, 1 gümüş, 4 bürünc medal 

84364

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, qitə birinciliyində qadın güləşçilərin ardınca sərbəst güləşçilər mübarizə aparıb.  

Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.  

Həsən Həsənov (44 kq) ikinci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub. 

Beləliklə, sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb.
Medalların əyarına görə isə yığmamız bütün komandalardan üstün olub.

Qeyd edək ki, medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa  çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO