Premyer Liqanın oyunları həftənin 3 GÜNÜ KEÇİRİLƏCƏK

Premyer Liqanın oyunları həftənin 3 GÜNÜ KEÇİRİLƏCƏK

Hazırda oxunan: Premyer Liqanın oyunları həftənin 3 GÜNÜ KEÇİRİLƏCƏK

83908

Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində bildirib.

PFL rəhbəri VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşdüklərini deyib: "Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var.

Bakıda belə problem yoxdur. Çünki həmin qurğu 80 km radiusu əhatə edə bilir. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO