Azərbaycan Premyer Liqasında püşkatma mərasimi keçiriləcək

Azərbaycan Premyer Liqasında püşkatma mərasimi keçiriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında püşkatma mərasimi keçiriləcək

83802

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq. 

Bizim.Media xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq. 

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq. 

Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. "Qarabağ", "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Keşlə", "Sumqayıt" və "Səbail" komandaları ilə yanaşı, "Turan Tovuz" və "Kəpəz"ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib. 
Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO