FHN idmançıları beynəlxalq turnirdə uğur qazandı - FOTO 

FHN idmançıları beynəlxalq turnirdə uğur qazandı - FOTO 

Hazırda oxunan: FHN idmançıları beynəlxalq turnirdə uğur qazandı - FOTO 

83665

İyulun 2-3-də Ruminiyanın Kluj-Napoka şəhərində Dünya Cüdo Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında Açıq Avropa turniri keçirilib. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, turnirdə 32 ölkədən 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb.

Çempionatda iştirak edən cüdo üzrə Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 5 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Qalibə turnirin medalı təqdim olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qadın parakarateçisi Avropa çempionu oldu – FOTO


İdmançımız 2022-ci ilin oktyabr ayında Bosniya və Herseqovina Respublikasında keçiriləcək Avropa çempionatında iştirak edəcək. 

7 iyul 2022-ci il tarixində Yunanıstanın Katerini şəhərində Avropa Güləş Federasiyasının təşkilatçılığı ilə çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında U-17 Avropa çempionatı keçirilib. 

Çempionatda 18 ölkədən 110-a yaxın idmançı mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü Hüseyn Sevdimov 50 kq çəki dərəcəsində keçirdiyi bütün görüşlərdə rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. 

Hüseyn Sevdimov 2022-ci ilin sentyabr ayında Ruminiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək. 

Qeyd edək ki, idmançı Nazir Talıbovun şəxsi məşqçisi Elçin İsmayılov və Hüseyn Sevdimovun şəxsi məşqçisi isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı Namiq Sovdumzadədir.
14 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılar və onların məşqçi müəllimləri ilə görüşərək əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. 

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO