Atıcımız Ruslan Lunyov vətənə qızıl medalla dönüb - FOTO 

Atıcımız Ruslan Lunyov vətənə qızıl medalla dönüb - FOTO 

Hazırda oxunan: Atıcımız Ruslan Lunyov vətənə qızıl medalla dönüb - FOTO 

83423

Ruslan Lunyov 25m Lapua Avropa Kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, həmyerlimiz kişilər arasında keçirilən 25 metr məsafəyə tapançadan atış üzrə yarışın qalibi olaraq, ən yüksək pilləyə yüksəlib. Vətənə qələbə ilə dönən idmançımız 580 xal toplayıb. 

“Qələbə qazandığım üçün çox xoşbəxtəm. Son atışlarda düşünürdüm ki, hətta dünya rekordunu da qıra bilərəm. Lakin məni rekordan cəmi 5-6 xal ayırdı”, - deyən həmvətənimiz son dövrədə 91 xal toplamasını izah edib.  

Ruslan Lunyov Avropa Kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb. 

Qeyd edək ki, Avropa Atıcılıq Federasiyasının yarışlarından olan 25m Lapua Avropa Kuboku 6-10 iyul tarixlərində Estoniyanın Tallinn şəhərində baş tutub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO