"Qarabağ" "Lex"lə qarşılaşacaq - Bu TARİXDƏ

Hazırda oxunan: "Qarabağ" "Lex"lə qarşılaşacaq - Bu TARİXDƏ

83250

Polşanın "Lex" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Bizim.Media-nın məlumatına görə, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.

Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir.

Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO