Doğma Şuşada keçirilən yarışda qızıl medal qazandığım üçün qürur duyuram. Bu turnirdə qalib olmaq mənim üçün çox vacib idi.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü, Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov deyib.
“Azərbaycan qalib ölkədir, bizə qələbələr yaraşır. Azərbaycan igidləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Əlimdən gələni etdim ki, bu mötəbər yarışda birinci yeri tutum”, - deyə o əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Fərid Qayıbovdan Şuşadakı beynəlxalq turnirlə bağlı AÇIQLAMA
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının həm birinci, həm də ikinci mərhələsinin qalibi Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Elçin Əsədov olub.
Yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparıblar. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil ediblər.
Bizim.Media